
Belarus BATE-si və Rusiya MOİK-inin sabiq baş məşqçisi Viktor Qonçarenko "Neftçi"nin sükanı arxasına keçməyə yaxındır.
Sportnet.az-ın məlumatına görə, bu barədə Vladislav Tatur teleqram kanalında xəbər yayıb.
Hazırda işsiz olan 45 yaşlı mütəxəssisin tezliklə "ağ-qaralar"ın baş məşqçisi təyin olunacağı bildirilib. Belaruslu bu vəzifədə paytaxt klubu ilə müqaviləsi başa çatan Samir Abasovu əvəzləyəcək.
Qeyd edək ki, "Neftçi"də baş məşqçi məsələsinə iyunun 2-də Müşahidə Şurasının iclasında aydınlıq gəlməlidir.