Norveçin "Vikinq" futbol klubunun qaspıçısı Patrik Qunnarson ev oyunlarında komandasına kömək etmək üçün qeyri-adi üsula əl atır.
Sportnet.az "Aftenposten"ə istinadən xəbər verir ki, 22 yaşlı islandiyalı qolkiper hakimlərin ənənəvi yoxlanışından sonra var gücü ilə qapı dirəklərini içəriyə doğru sürüşdürür. Nəticədə qapı qapı hardasa 15-20 sm kiçilir.
Gənc oyunçu bunu ritual adlandırıb və həmin hərəkətlərdən sonra özünü rahat hiss etdiyini bildirib. O, həmçinin, məqsədinin "çərçivə"ni kiçiltmək olmadığını söyləyib.
Qeyd edək ki, Patrik Qunnarsson Norveç çempionatında "Yerv" və "Ham-Kam"a qarşı son iki ev matçında da eyni hərəkəti edib.