Yunanıstanın "Olimpiakos" komandasının futbolçusu Şime Vrsalko Bakıda "Qarabağ"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda iştirak edə biləcək.
Sportnet.az "Redking" nəşrinə istinadən xəbər verir ki, OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri Yunanıstan Super Liqasının VII tur matçını xəstəlik səbəbindən buraxan 30 yaşlı müdafiəçi sıraya dönüb.
Xorvatiya millisinin üzvü Pirey təmsilçisinin məşqlərinə qoşulub.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Olimpiakos" matçı saat 20:45-də başlayacaq. "Köhlən atlar" III turda Afinadakı görüşdə rəqibini 3 cavabsız qolla məğlub edib.