
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.
Sportnet.az-ın məlumatına görə, günün yeganə matçında "Neftçi" "Səbail"i qəbul edib.
Qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin qollarını 27, 51 və 77-ci (hər ikisi penalti) dəqiqələrdə kapitan Emin Mahmudov vurub. "Dənizçilər"də Rafael Məhərrəmli 63-cü dəqiqədə fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. "Səbail" 10 xalla yeddinci sıradadır.
Qeyd edək ki, XV turun "Şamaxı" - "Kəpəz" və "Qarabağ" - "Zirə" oyunları noyabrın 28-də, "Turan Tovuz" - "Sabah", "Sumqayıt" - "Qəbələ" görüşləri isə noyabrın 29-da olacaq.
------------------------------------------
Misli Premyer Liqasında bu gün XV tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günün bir qarşılaşma baş tutacaq.
29 xalla üçüncü pillədə qərarlaşan "Neftçi" 10 xalla yeddinci sırada olan "Səbail"i qəbul edəcək.
Komandalar indiyədək ölkə çempionatlarında 20 dəfə üz-üzə gəliblər. Bunların 15-də "ağ-qaralar", 2-də "dənizçilər" meydanı üç xalla tərk edib. Topların nisbətində də meydan sahibləri üstündür - 43:11.
"Neftçi" Premyer Liqadakı son 9 görüşdə rəqibinə qalib gəlib. "Səbail" isə ardıcıl 13 matçda qələbə qazana bilməyib.
27 noyabr (bazar)
16:00. “Neftçi” – “Səbail” - 3:1
Qol: Emin Mahmudov, 27. 52 (p), 77 (p) - Rafael Məhərrəmli, 63
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Cavid Cəlilov
VAR: İnqilab Məmmədov
AVAR: Rəvan Həmzəzadə
Hakim-inspektor: İmanxan Sultani
“Bakcell Arena”
Qeyd edək ki, XV turun "Şamaxı" - "Kəpəz" və "Qarabağ" - "Zirə" oyunları noyabrın 28-də, "Turan Tovuz" - "Sabah", "Sumqayıt" - "Qəbələ" görüşləri isə noyabrın 29-da olacaq.