
"Sumqayıt"ın futbolçusu Vurğun Hüseynov karyerasını başa vurur.
Sportnet.az xəbər verir ki, bu barədə 35 yaşlı oyunçunun özü məlumat verib. O, zədə səbəbindən bu qərarı verməyi düşündüyünü deyib: "Düşünürəm ki, yeni səhifə açmaq vaxtıdır. 90 faiz karyeramı başa vurmaq haqda düşünürəm. "Sumqayıt"da qalıb işləmək istəyirəm. Klubun məşqçilər heyətində yer ala bilərəm. Bu barədə rəhbərliklə danışmışıq".
Qeyd edək ki, Hüseynov karyerası ərzində "Sumqayıt"la yanaşı, "Turan Tovuz", "Qəbələ"də oynayıb. Millimizin sabiq üzvü yığma ilə meydana çıxdığı 15 matçda 1 qol vurub.
Xatırladaq ki, onun klubla müqaviləsi bu ay başa çatır.