
Misli Premyer Liqasında 1-ci tur davam edir.
Sportnet.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib. Əvvəlcə "Səbail" "Sumqayıt"ı qəbul edib.
Digər matçda isə "Qarabağ" evdə "Zirə" ilə üz-üzə gəlib.
Qeyd edək ki, mövsüm ötən gün keçirilən "Araz-Naxçıvan" - "Turan Tovuz" oyunu (0:3) ilə başlayıb. Tura sabah keçiriləcək 2 matçla yekun vurulacaq.
5 avqust
18:30. “Səbail” - “Sumqayıt 1:4
Qol: David Qomis, 62 - Rövlan Muradov, 27. David Sorqa, 67 (p). Kamran Quliyev, 70. Səbuhi Abdullazadə, 76
21:00. “Qarabağ” - “Zirə” 0:1
Qol: Dimitris Çantakias, 48