
Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Bayer” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə yoxlama oyunu keçirəcək.
Sportnet.az xəbər verir ki, Almaniya təmsilçisi Regionalliqa komandası “Alemanniya" ilə üz-üzə gələcək.
Qarşılaşma sentyabrın 7-də “Bay Arena”da olacaq. Baş məşqçi Xabi Alonso bu matçda daha çox aşağı yaş qrupundakı oyunçulara şans verəcək. Çünki əsas komandanın 15 üzvü milli komandalara çağırılıb.
Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında ilk oyun oktyabrın 26-da Leverkuzendə, ikinci görüş isə noyabrın 9-da Bakıda olacaq.