Cənubi Koreya çempionatında 30-cu turun oyunları keçirilir.
Sportnet.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” səfərdə “Ulsan Hyundai" ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
Anton Krivotsyuk da bu görüşün iştirakçısı olub. 25 yaşlı müdafiəçi matçın 71-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, “Daejeon” hazırda 38 xalla 8-ci pillədədir.