"Real"ın futbolçusu Arda Güler zədəsini sağaldıb.
Sportnet.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi bu gün komanda ilə məşqlərə qatılıb. Onun bazar günü "Atletiko"ya qarşı oynaya biləcəyi qeyd olunub.
Həmçinin komandanın digər futbolçusu Vinisius Junior da zədəsini sağaldaraq məşqdə iştirak edib.
Qeyd edək ki, Arda iyulun 29-da Madrid təmsilçisinin məşqində zədə almışdı. O, bu səbəbdən klubun ABŞ-dakı təlim-məşq toplanışını vaxtından əvvəl başa vurmuşdu. Türkiyə millisinin üzvü avqustn 14-də dizindən əməliyyat olunmuşdu.
Əlavə edək ki, "Real" iyulun 6-da A.Gülerlə 2029-cu ilin iyununa qədər müqavilə imzaladığını açıqlayıb.