UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunmuş mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqibi müəyyənləşib.
Bu, Portuqaliyanın "Braqa" komandasıdır.
"Qarabağ" ilk oyununu fevralın 15-də səfərdə keçirəcək.