Asiya Kubokunda 1/4 final mərhələsinə start verilib.
Sportnet.az xəbər verir ki, bu raundun açılış oyununda Tacikistan və İordaniya yığmaları qarşılaşıblar.
Matçın taleyini bir qol həll edib. Vahdat Hanonovun 66-cı dəqiqədə öz qapısına vurduğu top İordaniya millisini yarımfinala yüksəldib.
Qeyd edək ki, günün digər matçında Avstraliya seçməsi Cənubi Koreyanı sınağa çəkəcək.