
"Planlaşdırdığımız kimi oyuna aqressiv başladıq. Qol da vurduq".
Sportnet.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Premyer Liqanın XXIII turunda səfərdə "Sabah"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, matçın gedişində bəzi futbolçuların etdiyi səhvlərdən sonra bakılılar daha üstün oynamağa başladılar: "Çalışırdıq ki, oyunda dönüş edək, ələ düşən qol imkanlarından yararlana bilək. Çempionat davam edir. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Düzgün qərarlar verib bizə lazım olan nəticələri qazanmalıyıq".
Şükürovun sözlərinə görə, qol vurduqdan sonra ardıcıl səhvlər etməyə başlayırlar: "Etdiyimiz sadə səhvlərdən sonra rəqiblər üstünlüyü ələ alırlar və qol epizodları yaradıb bundan da yararlanırlar. Məşqlərdə bunun üzərinə daha çox getməliyik".