
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ikinci matçında "Neftçi" "Zirə"ni qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 11-ci dəqiqədə Ervin Koffi vurub.
Bu nəticədən sonra xallarının sayınə 35-ə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. "Qartallar" 32 xalla dördüncüdür.
Qeyd edək ki, günün ilk matçında "Sumqayıt" evdə "Turan Tovuz"la qolsuz heç-heçə edib. Ötən gün "Sabah" "Kəpəz"i üstələyib - 3:2. "Səbail" - "Araz-Naxçıvan" görüşündə qalib müəyyənləşməyib - 2:2. Turun “Qəbələ” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.
____________________________
Misli Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Sumqayıt" "Tovuz Turan"ı qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
"Gənclik şəhəri" təmsilçisi hazırda 36 xalla 2-ci, Tovuz klubu 30 xalla 8-ci pillədə qərarlaşıb.
Günün ikinci matçında "Neftçi" və "Zirə" üz-üzə gələcəklər. Ötən gün "Sabah" "Kəpəz"i məğlub edib - 3:2. "Səbail" - "Araz-Naxçıvan" görüşündə qalib müəyyənləşməyib - 2:2.
Qeyd edək ki, turun “Qəbələ” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.
__________________________
Misli Premyer Liqasında XXIII turun daha iki oyunu bu gün keçiriləcək.
Sportnet.az xəbər verir ki, ilk olaraq "Sumqayıt" "Turan Tovuz"u qəbul edəcək.
Qarşılaşma saat 15:30-da start götürəcək. "Gənclik şəhəri" təmsilçisi 35 xalla 2-ci, Tovuz klubu 29 xalla 8-ci pillədə qərarlaşıb.
Günün ikinci matçında "Neftçi" və "Zirə" üz-üzə gələcəklər. Görüş saat 18:00-da başlanacaq. 32 xala malik komandalar 3-4-cü yerləri bölüşdürürlər.
18 fevral (bazar)
15:30. “Sumqayıt” – “Turan Tovuz” - 0:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18:00. “Neftçi” – “Zirə” - 1:0
Qol: Ervin Koffi, 11
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Neftçi Arena”
Qeyd edək ki, turun “Qəbələ” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.