2023/24 mövsümünün geridə qalan hissəsi üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Cordan Rezabalanın keçidini açıqlayıb.
Sportnet.az xəbər verir ki, 23 yaşlı ekvadorlu futbolçu ilə 2024-cü ilin sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Ekvadorun “İndependyente” komandasının yetirməsi olan Rezabala son olaraq həmin ölkənin “Quayakil Siti” klubunda çıxış edib. O, həmçinin 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin uğurları üçün çalışıb.