
"Qrabağ"ın futbolçuları Julio Romao və Elvin Cəfərquliyev cəzalı duruma düşüblər.
Sportnet.az xəbər verir ki, hər iki oyunçu Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə Bakıda keçirilən cavab matçında vərəqə aldıqları üçün bu halla üzləşiblər.
Romao bu mövsüm turnirdə 3-cü sarı vərəqəni, Cəfərquliyev isə birbaşa qırmızı vərəqə görüb.
Beləliklə, "Qarabağ" 1/8 finala yüksəlsə, Romao və Elvin bu mərhələdə ilk matçı buraxmalı olacaq.