
Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.
Açılış matçında “Kəpəz” Qəbələdə eyniadlı komanda ilə üz-üzə gəlib. Görüş Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
“Sarı-göylər”in heyətində qolları 19-cu dəqiqədə Georgi Papunaşvili və 66-cı dəqiqədə penaltidən Amil Yunanov vurublar. “Qırmızı-qaralar”dan isə 43-cü dəqiqədə Osama Xalayla fərqlənib.
Bu qələbə ilə xallarını 23-ə çatdıran “Kəpəz” 9-cu pillədəki mövqeyini qoruyub. “Qəbələ” isə 15 xalla 10-cu sırada qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları fevralın 24-25-də reallaşacaq.
---------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək.
Sportnet.az xəbər verir ki, günün yeganə matçında "Kəpəz" və "Qəbələ" komandaları üz-üzə gələcəklər.
Gəncə təmsilçisi bu qarşılaşmada nominal meydan sahibi olacaq. Görüş saat 17:00-da başlayacaq. Matçı Rəvan Həmzəzadə idarə edəcək.
"Sarı-göylər" 20 xalla 9-cu, "Qəbələ" isə 15 xalla 10-cu pilədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XXIV
23 fevral
17:00. “Kəpəz” – “Qəbələ” - 2:1
Qollar: Georgi Papunaşvili, 19. Amil Yunanov, 66 (pen.) - Osama Xalayla, 43
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Kamran Bayramov, Cavid Cəlilov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun digər oyunları fevralın 24-25-də reallaşacaq.