Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünya çempionatlarının Avropa zonası üzrə seçmə mərhələlərindəki orta tamaşaçı sayını açıqlayıb.
Sportnet.az IFFHS-nin saytına istinadən xəbər verir ki, Azərbaycan millisi 57 komanda arasında 35-ci yeri tutub.
Komandamızın buna qədər keçirdiyi 66 ev və səfər qarşılaşmasına ümumilikdə 1 milyon 80 min 817 tamaşaçı toplaşıb. Orta hesabla hər görüşə 16376 azarkeş düşür.
Siyahıya İngiltərə millisi başçılıq edir. Adalıların mundialların seçmə mərhələlərində 122 oyununu ümumilikdə 6 milyon 323 min 926 nəfər izləyib. Bu da orta hesabla hər qarşılaşmaya 51835 nəfər edir.