İsveç millisinin futbolçusu Kristoffer Olsson reanimasiyaya yerləşdirilib.
Sportnet.az İsveç Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, evində huşsuz vəziyyətdə tapılan 28 yaşlı yarımmüdafiəçi dərhal xəstəxanaya köçürülüb.
Süni tənəffüs aparatına qoşulan oyunçunun müalicəsi davam etdirilir.
Onun səhhətində hansı səbəbdən problem yarandığı açıqlanmayıb.
Qeyd edək ki, İsveç yığması UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisinin rəqibidir. Komandalar arasında ilk oyun sentyabrın 5-də, ikinci matç isə noyabrın 19-da keçiriləcək.