İsveçin ikinci liqasında mübarizə aparan "Hamarkameratene" komandasının futbolçusu Arkanj Mondu vəfat edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun meyiti yaşadığı mənzildə tapılıb.
Kot-d'İvuardan olan oyunçunun ölüm səbəbi hələlik bəlli deyil.
A.Mondu cari mövsümdə 3 oyun keçirib və 1 qol vurub.