
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tur ölkə derbisi ilə başa çatıb.
Sportnet.az-ın məlumatına görə, "Neftçi" doğma azarkeşlər önündə "Qarabağ"la üz-üzə gəlib.
"Neftçi Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:1. Qonaqların heyətində 47-ci dəqiqədə Nəriman Axundzadə, 60-cı dəqiqədə penaltidən Toral Bayramov fərqləniblər. "Ağ-qaralar"da Filip Ozobiç 71-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. 90+3-cü dəqiqədə Toral Bayramov növbəti dəfə meydan sahiblərini məyus edib. 90+7-ci dəqiqədə Leandro Andrade matçda son nöqtəni qoyub.
Bu nəticədən sonra xallarının sayını 60-a çatdıran "Qarabağ" liderliyini daha da möhkəmləndirib. Paytaxt klubu 36 xalla üçüncüdür.
Qeyd edək ki, günün ilk görüşündə "Səbail" səfərdə "Qəbələ"yə qalib gəlib - 3:2. Daha əvvəl "Kəpəz" səfərdə "Sumqayıt"ı (3:1), "Sabah" evdə "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Zirə" - "Turan Tovuz" görüşündə qalib müəyyənləşməyib - 1:1.
_________________________
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Qəbələ" "Səbail"i qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib.
"Qırmızı-qaralar"da 13-cü dəqiqədə Urfan Abbasov, 26-cı dəqiqədə Osama Xalayla fərqləniblər. Qonaqlarda 58-ci dəqiqədə Yusif Nəbiyev, 65-ci dəqiqədə Rüfət Abdullazadə, 90+1-ci dəqiqədə Nir Bardea adını taploya yazdırıb.
Bundan əlavə, "Qəbələ"nin müdafiəçisi Lukas Afriko 41-ci dəqiqədə qırmızı vərəqə görərək meydandan qovulub.
Xallarının sayını 37-yə çatdıran "Səbail" hələlik ikinci pillədə qərarlaşıb. 15 xala malik bölgə klubu sonuncudur.
Qeyd edək ki, günün ikinci görüşündə "Neftçi" "Qarabağ"ı qəbul edəcək. Daha əvvəl "Kəpəz" səfərdə "Sumqayıt"ı (3:1), "Sabah" evdə "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Zirə" - "Turan Tovuz" görüşündə qalib müəyyənləşməyib - 1:1.
_________________________
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, son olaraq iki oyun gerçəkləşəcək.
Günün ilk matçı Qəbələdə baş tutacaq. Şəhərin eyniadlı komandası "Səbail"i qəbul edəcək. Bölgə təmsilçisi 15 xalla sonuncu, paytaxt klubu 34 xalla 6-cı pillədə qərarlaşıb.
Tura Azərbaycan derbisi ilə yekun vurulacaq. "Neftçi" doğma meydanda "Qarabağ"la üz-üzə gələcək. "Ağ-qaralar" 36 xalla ikinci sırada yer alıb, "köhlən atlar" 57 xalla liderdir.
Azərbaycan Premyer Liqası
XXV tur
16:00. “Qəbələ” – “Səbail” - 2:3
Qol: Urfan Abbasov, 13. Osama Xalayla, 26 - Yusif Nəbiyev, 58. Rüfət Abdullazadə,65. Nir Bardea, 90+1
Qırmızı vərəqə: Lukas Afriko, 41 (Qəbələ)
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu
19:00. “Neftçi” – “Qarabağ” - 1:4
Qol: Filip Ozobiç, 71 - Nəriman Axundzadə, 47. Toral Bayramov, 60 (p). 90+3. Leandro Andrade, 90+7
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Neftçi Arena”
Qeyd edək ki, daha əvvəl "Kəpəz" səfərdə "Sumqayıt"ı (3:1), "Sabah" evdə "Araz-Naxçıvan"ı (2:0) məğlub edib. "Zirə" - "Turan Tovuz" görüşündə qalib müəyyənləşməyib - 1:1.