UEFA Çempionlar Liqasında ilk iki 1/4 finalçı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, 1/8 final mərhələsi çərçivəsində keçirilən iki cavab görüşündən sonra buna aydınlıq gəlib.
İtaliyada “Latsio”ya 0:1 hesabı ilə uduzan “Bavariya” bunun əvəzini Almaniyada çıxıb.
Münhen təmsilçisi Harri Keyn (38 və 66-cı dəqiqə) və Tomas Müllerin (45+2) qolları sayəsində 3:0 hesablı qələbə qazanıb.
Digər cütlükdə “PSJ” Fransada olduğu kimi (1:0), İspaniyada da “Real Sosyedad”ı məğlub edib - 2:1.
Parislilərin heyətində 15 və 56-cı dəqiqələrdə Kilian Mbappe fərqlənib. Qonaqlardan Mikel Merino 89-cu dəqiqədə təsəlli qolunun müəllifi olub.
Beləliklə, “Bavariya” və “PSJ” Çempionlar Liqasında 1/4 finala adlayıblar.
-----------------------------------
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk olaraq iki matç gerçəkləşəcək.
Almaniya çempionu "Bavariya" İtaliyanın "Latsio" komandasını qəbul edəcək. Romadakı ilk görüşdə meydan sahibləri qələbə qazanıblar - 1:0.
Münhen təmsilçisində Dayot Upamekano cəza, Bouna Sarr və Kinqsli Koman zədə səbəbindən qarşılaşmanı buraxacaqlar. Romalılar zədə ucbatından Patrisio Qabarronun xidmətindən yararna bilməyəcək.
Digər oyunda Fransanın PSJ kollektivi İspaniyada "Real Sosyedad"la üz-üzə gələcək. İlk görüşdə Paris klubu qalib gəlib - 2:0. Meydan sahiblərində Alvaro Odriozola, Arits Elustondo və Carlos Fernandes, qonaqlarda Presnel Kimpembe, Milan Şkrinyar və Marko Asensio zədəlidir.