
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, qarşılaşmalardan biri İngiltərədə, digəri isə İspaniyada olub.
"Arsenal" Londonda Portuqaliyanın "Portu" kollektivini qəbul edib. Matçın əsas vaxtı "topçular"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Portuqaliyadakı ilk görüşdə də eyni hesab qeydə alındığından əlavə vaxt oynanılıb. Tərəflərdən heç biri əlavə 30 dəqiqədə fərqlənə bilmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq (4:2) oynayan İngiltərə təmsilçisi adını növbəti raunda yazdırıb.
Digər oyunda "Barselona" İtaliyanın "Napoli" komandasını sınağa çəkib. Neaploldakı ilk qarşılaşmada 0:1 hesabı ilə uduzan Kataloniya təmsilçisi məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb - 3:1. Bu nəticə "Barselona"nı növbəti mərhələyə daşıyıb.
Qeyd edək ki, daha əvvəl PSJ və "Bavariya" 1/4 finala vəsiqə əldə ediblər.