"Tarix yazdıq".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Olavio Juninyo şəxsi instaqram hesabında yazıb.
27 yaşlı hücumçu Almaniyada "Bayer 04"ə 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu ilə bağlı paylaşım edib.
Braziliyalı forvard həmçinjn "Bu anı yaşatdığı üçün "Qarabağ"a təşəkkür edirəm" yazıb.
Qeyd edək ki, Bakıda Leverkuzen təmsilçisi ilə heç-heçə edən (2:2) Azərbaycan çempionu turnirdə mübarizəni dayandırıb.