UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə start verilib.
Sportnet.az xəbər verir ki, ilk gündə iki oyun keçirilib. Qarşılaşmalar məhsuldar heç-heçələrlə yekunlaşıb.
Turnirin favoritləri İspaniya “Real Madid”i və İngiltərənin “Mançester Siti” komandalarının görüşü üz-üzə gəliblər. Madriddəki "Santyaqo Bernabeu" stadionunda təşkil olunmuş matçda tərəflər hərəyə 3 dəfə fərqləniblər.
İngiltərənin digər təmsilçisi "Arsenal" isə Londonda Almaniya "Bavariya"sına məğlubiyyətdən yaxa qurtarmağı bacarıb - 2:2.
Mərhələnin “Atletiko” (İspaniya) – “Borussiya” (Dortmund) və PSJ (Fransa) – “Barselona” (İspaniya) oyunları aprelin 10-da keçiriləcək.
Qeyd edək ki, cavab matçları aprelin 16-17-də təşkil olunacaq.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
9 aprel
23:00. “Real Madrid” (İspaniya) – “Mançester Siti” (İngiltərə) - 3:3
Qollar: Ruben Diaş, 12 (avtoqol), Rodriqo, 14, Federiko Valverde, 79 – Bernardu Silva, 2, Fil Foden, 66, Yoşko Qvardiol, 71
Baş hakim: Fransois Letexye (Fransa).
Madrid, “Santyaqo Bernabeu” stadionu.
23:00. “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) - 2:2
Qollar: Bukayo Saka, 12, Leandro Trossard, 76 – Serj Qnabri, 18, Harri Keyn, 32 (pen.).
Baş hakim: Qlenn Nuberq (İsveç).
London, “Arsenal” stadionu.