İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Meyson Qrinvudu satmaq istəyir.
Sportnet.az-ın ESPN-ə istinadən verdiyi məlumata görə, hazırda İspaniya təmsilçisi "Xetafe"də icarə əsasında çıxış edən hücumçu ilə "Yuventus" və "Atletiko" maraqlanır.
"Qırmızı şeytanlar" oyunçunun satışından 30 milyon funt-sterlinq qazanmağı planlaşdırır.
Qeyd edək ki, Qrinduv car mövsüm "Xetafe"də 28 matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.