Argentina millisinin və Fransanın "Marsel" klubunun müdafiəçisi Leonardo Balerdi 2026-cı il dünya çempionatını buraxacaq.
Sportnet.az Argentina Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu sağ ayağının baldır əzələsindən zədə alıb və bu səbəbdən mundialda iştirak edə bilməyəcək.
Qeyd edək ki, son dünya çempionu Argentina millisi mundialın qrup mərhələsində Avstriya, Əlcəzair və İordaniya yığmaları ilə qarşılaşacaq.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək Kanada, ABŞ və Meksikada keçiriləcək. Turnirin final mərhələsində tarixdə ilk dəfə 48 komanda iştirak edəcək.












































































