Almaniyanın “Bavariya” klubunun prezidenti Herbert Hayner əsas millinin baş məşqçisi Yulian Nagelsmannla maraqlandıqlarını təsdiqləyib.
Sportnet.az xəbər verir ki, Münhen təmsilçisinin rəhbəri sabiq çalışdırıcını qaytarmaq niyyətində olduqlarını gizlətməyib.
Ancaq o, 36 yaşlı mütəxəssisin dönüşünün asan başa gəlməyəcəyini etiraf edib: “Nagelsmannın nə vaxt qərar verəcəyini bilmirəm. Bildiyim qədər Almaniya Futbol Assosiasiyası da onun qalmasında maraqlıdır. Vəziyyətə baxacağıq”.
Qeyd edək ki, Yulian Nagelsmann 2021-2023-cü illərdə “Bavariya”ya rəhbərlik edib. Onun Almaniya Futbol Assosiasiyası ilə müqavilə müddəti iyulun sonuna qədərdir.