21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Sportnet.az xəbər verir ki, səfərdə slovakiyalı həmyaşıdları ilə üz-üzə gələn Samir Əliyevin baş məşqçisi olduğu yığma 2:3 hesabı ilə məğlub olub.
Bratislavadakı Senec Məşq Mərkəzində baş tutan matçda yığmamızın qollarını 70-ci dəqiqədə Samir Abdullayev, 89-cu dəqiqədə isə Ağadadaş Salyanski vurub.
Qeyd edək ki, U-21 iyunun 11-də Bakıda Bolqarıstan kollektivi ilə qarşılaşacaq.
---------------------------------------
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
Sportnet.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu yığma səfərdə slovakiyalı həmyaşıdları ilə üz-üzə gələcək.
Bratislavadakı Senec Məşq Mərkəzindəki matç Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Qeyd edək ki, U-21 iyunun 11-də Bakıda Bolqarıstan kollektivi ilə qarşılaşacaq.