
Azərbaycan millisi Macarıstanda növbəti yoldaşlıq oyununu keçirib.
Sportnet.az xəbər verir ki, yığmamız Sombatxey şəhərində Qazaxıstanla qarşılaşıb. "Haladaş" İdman Kompleksinin stadionunda oynanılan görüş millimizin əzmkar qələbəsi ilə başa çatıb - 3:2.
Arif Əsədovun başçılıq etdiyi kollektiv 4 gün əvvəl eyni məkanda Albaniyaya 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, millimiz növbəti matçını sentyabrın 5-də İsveçə qarşı keçirəcək. Millətlər Liqasının ilk turunun qarşılaşması Bakıda baş tutacaq.
Yoldaşlıq oyunu
11 iyun
18:00. Azərbaycan – Qazaxıstan - 3:2
Qollar: Mahir Emreli, 42. Emin Mahmudov, 51 (pen.). Toral Bayramov, 73 - Yan Voroqovski, 2. Maksim Samorodov, 28
Baş hakim: Bentse Zonka (Macarıstan)