FIFA iyunun 19-da milli komandaların reytinq siyahısını yeniləyəcək.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi əvvəlki ilə müqayisədə bir pillə irəliləyəcək.
Ötən reytinqdə 1177.83 xalla 112-ci olan yığma 111-ci sıraya yüksəlib. Buna milli komandanın Macarıstanda keçirdiyi yoldaşlıq oyununda Qazaxıstana 3:2 hesabı ilə qalib gəlməsi səbəb olub.
Hazırda baş məşqçisiz olan yığmanın aktivində 1179.88 xal var.
Qeyd edək ki, reytinq cədvəlinin ilk 3 pilləsində heç bir dəyişiklik baş verməyəcək. Siyahıya son dünya çempionu Argentina (1860.14) başçılıq edir. Fransa (1838,49) ikinci, Belçika (1797,97) üçüncüdür.