
Kiyev "Dinamo"sunun və Ukrayna millisinin yarımmüdafiəçisi Nikolay Şaparenko karyerasını İtaliyanın "Latsio" klubunda davam etdirə bilər.
Sportnet.az "Calcio Mercato"ya istinadən xəbər verir ki, Roma təmsilçisi futbolçunun AVRO-2024-dəki çıxışını izləyib və bu keçid üçün 10 milyon avro ödəməyə hazırdı.
25 yaşlı yarımmüdafiəçi ötən mövsüm "Dinamo"nun heyətində 26 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə verib.