
İtaliyanın “İnter” klubu yeni sponsor tapıb.
Sportnet.az xəbər verir ki, “Betsson Sport” Milan təmsilçisinin yeni titul sponsoru olub.
A seriyası klubu bu anlaşmadan ildə 30 milyon avro qazanacaq. Bu, “İnter”in tarixində ən böyük sponsorluq müqaviləsidir.
Qeyd edək ki, İsveç şirkəti ilə anlaşma 4 il müddətinə nəzərdə tutulub.