
"Zirə"nin yolları ayırdığı Vladislav Kulaçın yeni klubu müəyyənləşib.
Sportnet.az xəbər verir ki, ukraynalı futbolçu Ermənistanda oynayacaq. 31 yaşlı hücumçu “Pünik”ə transfer olunub. Bu barədə klubun saytı məlumat yayıb. Onunla 2025-ci il iyununa qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Zirə" bu yay Kulaçla yolları ayırıb.