UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Sportnet.az xəbər verir ki, son Azərbaycan çempionu “Qarabağ” da turnirdə mübarizəyə başlayıb.
Qurban Qurbanovun başçılıq etdiyi komanda Cəbəllütariqdə “Linkoln”un qonağı olub. “Europa Point” stadionunda keçirilən qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları 45+2-ci dəqiqədə Olavio Juninyo və 75-ci dəqiqədə Toral Bayramov vurublar.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Bakı olacaq. Bu cütün qalibi III təsnifat mərhələsində "Lüdoqorets" (Bolqarıstan) – "Dinamo" (Minsk, Belarus) duelinin güclüsü ilə qarşılaşacaq.