Türkiyənin "Yeni Malatyaspor" klubu koronavirus testlərinin nəticəsini açıqlayıb.
Sportnet.az-ın Super Liqa təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, analizlərdən sonra biri futbolçu olmaqla, komandanın 2 üzvünün koronavirusa yoluxduğu üzə çıxıb.
Hər iki şəxs karantinə alınıb və onların müalicəsinə başlanılıb.
Qeyd edək ki, Türkiyə Superliqasının oyunları martın 19-da pandemiya səbəbindən dayandırılıb.