
"Futzal üzrə Azərbaycan milli komandasının Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanması Azərbaycanda futbolun inkişafına daha da təkan verəcək". Sportnet.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövnəq Abdullayev bildirib. O, futzal yığmamızın dünya çempionatının final mərhələsinə çıxmasını Azərbaycan üçün böyük qələbə hesab edib: "İndiyə qədər bizə dünya çempionatında oynamaq nəsib olmamışdı. İnanıram ki, bu uğur Azərbaycanda futbolun inkişafına daha da təkan verəcək".