"Yoxlama görüşləri olsa belə, hər zaman qalib gəlmək xoşdu. Moldovaya qarşı iki yoxlama oyunu keçirdik və hər ikisində qalib gəldik. Bu yaxşı nəticədi".
Bunu Sportnet.az-a açıqlamasında futzal üzrə milli komandamızın üzvü Fineo de Arauxo deyib.
Moldova yığması ilə iki gündə iki görüş keçirən millimiz 6:1 və 3:2 hesabı ilə qalib gəlib. Arauxo bu cür çıxışı rəsmi oyunlarda da davam etdirmək istədiklərini bildirib: "Biz Moldova ilə matçlarda əla oyun sərgilədik. Üstəlik kollektiv oyun göstərdik. İnanıram ki, rəsmi oyunlarda da bu uğurlu oyunumuzun davamı gələcək”.