1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çingiz Hüseynzadə mükafatlandırmaya getdi
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) XXII Baş Assambleyasında iştirak etmək üçün Çexiyanın paytaxtı Praqaya yollanıb. Sportnet.az-ın məlumatına görə, oktyabrın 31-də işə başlayacaq iclasa Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev və beynəlxalq əlaqələr İdarəsinin rəisi Anar Bağırov qatılacaq.
Beş gün davam edəcək tədbir çərçivəsində adı çəkilən təşkilatın Gənclər, Beynəlxalq Əlaqələr, Atletlər və Marketinq Komissiyasının, həmçinin təşkilatın İcraiyyə Şurasının iclasının keçirilməsi nəzərdə tutulur.
ANOC 206 Olimpiya Komitələrini birləşdirən qurumdur. Hər il bu təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərlə yanaşı, Mükafatlandırma mərasimi keçirilir. Burada qitənin ən yaxşı kişi və qadın idmançıları seçilir.
Qeyd edək ki, toplantıda ANOC-un XXIII Baş Assambleyasının baş tutacağı ölkənin adı da açıqlanacaq.