1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İslamiadada 21 ölkədən 130 ağırlıqqaldıran yarışacaq
Bakıda keçiriləcən IV İslam Həmrəylik Oyunlarında ağırlıqqaldırma yarışlarının vaxt cədvəli və iştirakçıların tam siyahısı müəyyənləşib.
Azərbaycan Ağır Atletika Federasiyasından Sportnet.az-a verilən məlumata görə, yarışlarda körpücük üzərində 21 ölkədən 130 atleti izləmək imkanımız olacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılıb.
Vaxt cədvəlinə əsasən 13-17 tarixlərində yarışlara hər gün saat 12:00-da start veriləcək. Mayın 14-də iki, digər günlərdə isə üç qrupda (çəkidə) qaliblər müəyyən ediləcək.
İslamiadada ağırlıqqaldırma yarışlarına çəkisi 56 kq-a qədər olan kişilər start verəcək. 1-ci sessiya mayın 13-ü, saat 12:00-da başlayacaq. Bu çəkidə Azərbaycan yığma komandasının bir üzvü – Elmar Alıyev medal mübarizəsinə qoşulacaq.
Yarışlar Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçiriləcək.