1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramil Quliyev İslamiadada qalib oldu - YENİLƏNDİ
Hazırda Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Sportnet.az-ın məlumatına görə, 27 yaşlı sprinter finalda 100 metr məsafəni 10,06 saniyəyə qət edib.
Bruneyli Endryu Fişer 10,16 saniyə nəticə ilə gümüş, omanlı Bərəkət əl-Harti 10,35 saniyə göstərici ilə bürünc medal əldə edib.
Bu məsafədə Azərbaycanı Kamran Əsgərov və Ramiz Məlikov təmsil edib. Əsgərov 11,04 saniyə nəticə ilə 6-cı, Məlikov 11,26 saniyə göstərici ilə 7-ci olub. Nəticədə hər iki sprinter yarımfinala yüksələ bilməyib.
Qeyd edək ki, Ramil Quliyev 200 metr məsafəyə də qaçacaq.