1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nanjinq-2014-ün qalibləri mükafatlandırıldı
Azərbaycan Güləş Federasiyasında Nanjinqdə keçirilən yeniyetmələrin II Yay Olimpiya Oyunlarında ölkəmizi uğurla təmsil edən güləşçilərin mükafatlandırma mərasimi olub. Sportnet.az-ın məlumatına görə, mərasimdə çıxış edən AGF-nin baş katibi Əjdər Cəfərov güləşçiləri və yığma komandanın məşqçilərini təbrik edib:
"Bu qələbədən başgicəllənməsi olmamalıdır. Çalışmalısınız ki, yeni qələbələr qazanaraq xalqımızı, güləş ictimaiyyətini sevindirəsiniz. Sizin hazırlığınız və inkişafınız üçün ölkəmizdə dövlət səviyyəsində mühüm işlər görülür. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, idmanla və idmançılarla şəxsən maraqlanır, onların həm hazırlığı, həm də sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün müvafiq göstərişlər verir. Olimpiya Oyunlarından sonra keçirilmiş görüşdə də siz özünüz bunun əyani şahidi oldunuz".
Sonra qaliblərə mükafat təqdim olunub.
Qeyd edək ki, yeniyetmələrin II Yay Olimpiya Oyunlarında güləş yarışları 25-27 avqust tarixlərində keçirilib. 5 iştirakçı ilə təmsil olunan güləş yığmamız 3 qızıl və 2 gümüş medala sahib olub. Qızıl medalları yığmamıza sərbəst güləşçilər Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq), yunan-Roma güləşçisi İslambek Dadov (69 kq) qazandırıb. Gümüş medalları isə, qadın güləşçimiz Leyla Qurbanova (52 kq) və yunan-Roma güləşçisi Cabbar Nəcəfov (50 kq) əldə edib.