Azərbaycan boksçusu Cavid Çələbiyev Türkiyənin Samsun şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirinin qalibi olub. Sportnet.az-ın məlumatına görə, 56 kq çəki dərəcəsində çıxış edən dünya çempionu finalda böyük britaniyalı Qais Aşfaqı məğlub edib - 3:0.
Çələbiyev ötən gün yarımfinalda Ermənistan təmsilçisi Aram Avaqyanı məğlub edərək finala və Rio-2016-ya lisenziya qazanıb. Samsun turnirində onunla yanaşı, Yana Alekseyevna (51 kq), Cavid Çələbiyev (56 kq), Lorentso Sotomayor (64 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) da olimpiadaya vəsiqə əldə edib. Abdulqadir Abdullayev (91 kq) isə bu hüquqa yiyələnmək üçün aprelin 17-də 3-cü yer uğrunda görüşdə Ukraynanı təmsil edən erməni Gevorq Manukyanı məğlub etməlidir.