1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Valentin Demyanenko: "Gümüş medal yaxşı nəticədir"
"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir". Bunu Sportnet.az-a açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko deyib.
V.Demyanenko gümüş medalın yaxşı nəticə olduğunu bildirib: "Olimpiya medalı qazanmaq üçün bütün imkanlarım var idi. Amma gümüş medal da yaxşı nəticədir".
Qeyd edək ki, Demyanenko London-2012-də zədə səbəbindən uğursuz çıxış edib.