
00:00. Braziliya – Meksika 0:0
"Estadio Kastelao" (Fortaleza)
Start heyətlər
Braziliya: 12. Julio Sezar, 2. Dani Alveş, 3. Tyaqo Silva (sarı vərəqə-79), 4. David Luiz, 6. Marselo, 8. Paulinyo, 9. Fred (21. Jo-68), 10. Neymar, 11. Oskar (19. Viliyan-84), 16. Ramires (20. Bernard-46, sarı vərəqə-45), 17. Luiz Qustavo.
Meksika: 13. Qillerme Oçoa, 2. Fransisko Rodriqez, 4. Rafael Markez, 6. Hektor Herrera (8. Marko Fabian-76), 7. Migel Layun, 10. Conatan Dos Santos (9. Raul Ximenez-84), 15. Hektor Moreno, 18. Andres Kuardado, 19. Oribe Peralta (14. Xavyer Hernandez-74), 22. Pol Aqilar (sarı vərəqə-59), 23. Joze Vazkez (sarı vərəqə-62).
Matçöncəsi maraqlı məqamlar
- Braziliya dünya çempionatları tarixində cəmi 68 qələbə və 213 qolla hər iki sahədə liderdir.
- Braziliya, bu günə qədər qrup matçlarında bir dəfə məğlub olub (1998, Norveç).
- Meksika Braziliyanı bu günə cəmi bir dəfə (1968, 3:1) hazırlıq matçında məğlub etməyi bacarıb.
- Oynadığı son 10 matçın hamısında qələbə qazanan Braziliya bu oyunlarda 33 qol vurub, öz qapısında isə 3 qol görüb.
- Neymar millinin heyətindəki son 29 matçda 24 qol vurub.
Oyun başlayır
4-cü dəq. Meksika ilk hücumunu qurmağa çalışır. Künc zərbəsi təhlükəli alınmır.
10-cu dəq. Braziliya sol cinahdan hücum qurur. Oskarın ötürməsində Fred oyundan kənar vəziyyətə düşür.
14-cü dəq. Meksikanın qapısı önündə qarışıqlıq. Top Paulinyodan çölə çıxır.
19-cu dəq. Marselonun ötürməsindən sonra Fred of-sayda düşür.
24-cü dəq. Hektor Herreranən qüvvətli zərbəsi qapının üstündən keçir.
26-cı dəq. Braziliya ardıcıl iki təhlükəli epizodda qola yaxın olur. Neymarın zərbəsini Oçoa möhtəşəm seyvlə dəf edir.
29-cu dəq. Oskarın zərbəsi zəif alınır. Oçoa topu asanlıqla tutur.
35-ci dəq. Künc zərbəsindən sonra Fred başla vurur, Oçoa topu tutur.
41-ci dəq. Vazkezin mükəmməl zərbəsi, top qapıdan bir neçə santimetr aralı keçir.
44-cü dəq. Braziliya daha bir real qol imkanından yararlanmasına Oçoa mane olur.
45-ci dəq. Oyunda ilk sarı vərəqəni braziliyalı Ramires alır.
46+1-ci dəq. İlk hissə başa çatır.
Fasilə
Birinci hissənin statistikası
Braziliya Meksika54% Topa nəzarət 46%
2 Küncdən zərbə 1
3 Of-sayd 0
6 Qayda pozuntusu 10
1 Sarı vərəqə 0
0 Qırmızı vərəqə 0
İkinci hissə başlayır.
46-cı dəq. Ramiresin əvəzinə Bernard meydana çıxır.
48-ci dəq. Rodriqez Bernardın ötürməsinin qarşısını kəsir və Neymarın fərqlənməsinə imkan vermir.
53-cü dəq. Kuadradonun zərbəsi Tyaqo Silvadan kənara çıxır, Meksika künc zərbəsi vuracaq.
55-ci dəq. Vazkezin güclü zərbəsi azacıq fərqlə qapının üstündən keçir.
56-cı dəq. Dos Santos qapını yoxlayır, Sezar topu tutur.
57-ci dəq. Meksika bu dəqiqələrdə aktivdir. Aqilar da Sezarın sayıqlığını yoxlayır.
59-cu dəq. Cüneyt Çakır Bernarda qarşı kobudluq edən Aqilara sarı vərəqə göstərir.
62-ci dəq. Vazkez Meksikada sarı vərəqə alan növbəti futbolçu olur.
63-cü dəq. Neymarın cərimə zərbəsi təhlükəli alınır.
68-ci dəq. Braziliyada əvəzlənmə. Fredin yerinə Jo meydana daxil olur.
69-cu dəq. Oçoadan ardıcıl iki seyv. Qolkiper yenə də Neymarın fərqlənməsinə imkan vermir.
74-cü dəq. Meksikada Xavyer Hernandez Peraltanı əvəz edir.
76-cı dəq. Jonun zərbəsi hədəfdən yayınır.
77-ci dəq. Meksikada Marko Fabian Hektor Herreranı əvəz edir.
79-cu dəq. Braziliya millisinin kapitanı Silva sarı vərəqə alır.
81-ci dəq. Braziliyanın əks-hücumu zamanı Neymarın ara ötürməsini Oçoa qarşılayır.
84-cü dəq. Meksikada Dos Santosu Raul Ximenez, Braziliyada Oskarı Viliyan əvəz edir.
86-cı dəq. Tyaqo Silvanın yaxın məsafədən başla vurduğu topu yenə də Oçoa dəf edir.
90-cı dəq. Kuadradonun zərbəsi qapının üstündən keçir. Hakim əsas vaxta 3 dəqiqə əlavə edir.
90+1-ci dəq. Ximenezin güclü zərbəsini Sezar dəf edir.
90+3-cü dəq. Oyun başa çatır.
Oyunun statistikası
Braziliya Meksika53% Topa nəzarət 47%
5 Küncdən zərbə 3
4 Of-sayd 0
13 Qayda pozuntusu 18
2 Sarı vərəqə 2
0 Qırmızı vərəqə 0
Matçın oyunçusu: Qillerme Oçoa (Meksika)