ABŞ-ın Las Veqas şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli sərbəst, yunan-Roma və qadın güləşi üzrə dünya çempionatı start götürüb. Sportnet.az-ın məlumatına görə, yarışın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparır.
Azərbaycanı baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Rövşən Bayramov (59 kq), Həsən Əliyev (66 kq), Rəsul Çunayev (71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), Saman Təhmasibi (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edir.
İlk yarış günündə 66, 75 və 98 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Azərbaycan güləşçilərindən 2-si - Orxan Nuriyevlə Avropa və dünya çempionu Həsən Əliyev elə ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb. Əvəzində Elvin Mürsəliyev 5-ci yeri tutub və ilk "5-liy"ə düşməsi səbəbindən olimpiadaya lisenziya qazanıb.
66 kq
1/32 final. Artyom Surkov (Rusiya) - Həsən Əliyev - 2:0
Surkov finala çıxa bilmədiyindən, Həsən Əliyev mübarizəni dayandırıb.
75 kq
75 kq
1/32 final. Elvin Mürsəliyev - Xuan Anxel Eskobar (Meksika) - 3:2
1/16 final. Yure Kuhar (Sloveniya) - Elvin Mürsəliyev - 2:3
1/8 final. İlie Koyokari (Rumıniya) - Elvin Mürsəliyev - 1:5
1/4 final. Atabəy Əzizbəyov (Qırğızıstan) - Elvin Mürsəliyev - 0:8
1/2 final. Elvin Mürsəliyev - Roman Vlasov (Rusiya) - 0:6
Bürünc medal görüşü: Doctjan Kartikov (Qazaxıstan) - Elvin Mürsəliyev - 1:0

98 kq
1/32 final. Orxan Nuriyev - Laokvatis Kessidis (Yunanıstan) - 2:7
Kessidis finala çıxa bilmədiyindən, Nuriyev mübarizəni dayandırıb.
Qeyd edək ki, Las Veqasdakı dünya çempionatında yunan-Roma güləşi üzrə, 59, 66, 75, 85, 98 və 130 kq, qadın güləşi üzrə 48, 53, 58, 63, 69 və 75 kq, sərbəst güləş üzrə isə, 57, 65, 74, 86, 97 və 125 kq çəki dərəcələrində ilk 5 yeri tutan idmançılar olimpiadaya birbaşa vəsiqə əldə edir.