1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Gürcüstan futbolu başsız qaldı
Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Zviad Siçinava istefa verib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "Rustavi-2"yə GFF-dən bildirilib.
Oktyabrın 3-də keçiriləcək yeni seçkilərədən bu vəzifəni vitse-prezident Aleksandr Çivadze icra edəcək. Z.Siçinava qərarı təzyiq altında qəbul etmədiyini bildirib. Amma o, namizədlərdən birinin "Dövlət məmurları federasiyanın işinə qarışmalıdır" açıqlamasına etiraz əlaməti olaraq, bu addımı atdığını bildirib: "Mən hesab edirəm ki, bu, düzgün deyil. Bu səbəbdən, elə bu gün istefa verirəm və Nizamnaməyə əsasən, sabahdan Çivadze prezident səlahiyyətlərini yerinə yetirəcək".
Qeyd edək ki, Zviad Siçinava GFF-ə 6 ilədək rəhbərlik edib. Onun fəaliyyətinin pik nöqtəsi dekabrın 12-də İspaniyanın "Barselona" və "Sevilya" komandaları arasında Tbilisidə keçirilmiş UEFA Superkuboku matçı olub. O, növbəti seçkidə namizədliyini irəli sürməyəcək.