1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Syomin "Anji"dən qovula bilər
Rusiyanın "Anji" klubunun baş məşqçisi Yuri Syomin tezliklə istefa verə bilər. Sportnet.az-ın məlumatına görə, bu barədə 68 yaşlı mütəxəssis Mahaçqala komandasının "Rostov"a 0:1 hesablı səfər məğlubiyyəti ilə nəticələnən Premyer Liqanın IX tur matçından sonra bildirib.
Syomin deyib ki, komandaya gələn baş məşqçi qovulacağını da anlamalıdır: "Nə vaxt qovulacağını heç kim bilmir. Elə mən özüm də. Bəlkə sabah, bəlkə birisigün..."
Hazırda "Anji" 1 qələbə və 5 xalla 16 komanda arasında 14-cü pillədə qərarlaşıb. Təcrübəli mütəxəssis uğursuz nəticələri ələ düşən imkanlardan yararlana bilməmələri ilə izah edib.
Qeyd edək ki, Yuri Syomin 2013-2014 mövsümündə "Qəbələ"nin baş məşqçisi olub. Onun rəhbərliyi altında "qırmızı-qaralar" tarixində ilk dəfə Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub, Avropa Liqasına vəsiqə qazanıb.