
Bu gün Azərbaycan Premyer Liqasında V turun son oyunu keçiriləcək. Sportnet.az-ın məlumatına görə, "Qəbələ" doğma meydanda "Sumqayıt"la qarşılaşacaq.
Hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşan baş məşqçi Roman Qriqorçukun komandası görüşdən qalib ayrılsa, ilk "üçlüy"ə yüksələcək. Hazırda 8-ci pillədə olan və hələ qələbə qazana bilməyən "Sumqayıt" isə yalnız 3 xalla qazanacağı təqdirdə, turnir cədvəlində irəliləyə biləcək.
İki komanda bu günədək 12 dəfə üz-üzə gəlib. Qəbələdə baş tutmuş 6 görüşdə "gənclik şəhəri" təmsilçisi xal qazana bilməyib. Son 3 qarşılaşmanın hər birində qapılara 2 top vurulub. "Qəbələ" əvvəlki 12 matçın hamısında qol sevinci yaşayıb. "Sumqayıt" 1 dəfə qələbə qazana bilibsə, "qırmızı-qaralar" 10 oyundan qalib ayrılıb. Komandalar yalnız bir görüşü heç-heçə ilə başa vurublar.
Azərbaycan Premyer Liqası, V tur
21 sentyabr
21:00. "Qəbələ" – "Sumqayıt" - 1:0
Qol: Aleksey Qay, 90+2 - penalti ilə
"Qəbələ”: 22. Dmitri Bezotosnı
3. Vojislav Stankoviç
4. Elvin Camalov
6. Rəşad Sadiqov
8. Məhəmməd Mirzəbəyov
10. Dodo (k)
19. Aleksey Qay
32. Fakundo Pereyra
34. Ürfan Abbasov
69. Aleksey Antonov
87. Ruslan Abışov
Ehtiyat oyunçular:1. Andrey Popoviç
7. Ermin Zets
9. Sergey Zenyov
15. Vitali Vernidub
21. Arif Daşdəmirov
25. Qismət Alıyev
88. Derlis Meza Kolli
Baş məşqçi: Roman Qriqorçuk
"Sumqayıt”: 1. Şahruddin Məhəmmədəliyev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
5. Cəmil Hacıyev
7. Pərdis Fərcad–Azad
8. Nuran Qurbanov
13. Murad Ağayev
14. Bəxtiyar Həsənalızadə
15. Nodar Məmmədov
22. Tofiq Mikayılov
55. Ağabala Ramazanov
Ehtiyat oyunçular:94. Tərlan Əhmədli
6. Mikayıl Rəhimov
10. Uğur Pamuk
23. Tural Rzayev
24. Amit Quluzadə
39. Emin Mehdiyev
97. Xəyal Nəcəfov
Baş məşqçi: Aqil Məmmədov
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Nail Nağıyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Qəbələ şəhər stadionu
Əvvəlki qarşılaşmalar: 12 oyun, +10=1-1, top fərqi 27-8
20 sentyabr (bazar)
"Kəpəz” – "Qarabağ” - 2:3
Qollar: Bəxtiyar Soltanov, 49. Şəhriyar Rəhimov, 90+3 - Coşqun Diniyev, 38-penalti ilə. Samuel Armenteros, 50. Elvin Məmmədov, 75-penalti ilə
"Neftçi” – "Xəzər Lənkəran” - 1:1
Qollar: Araz Abdullayev, 58 - Rahid Əmirquliyev, 60
19 sentyabr (şənbə)
AZAL – "İnter” - 0:1
Qol: Nizami Hacıyev, 16
"Zirə” – "Rəvan” - 2:1
Qollar: Rəşad Abdullayev, 13-penalti ilə. Yovan Kmeta, 24 - Tural Qürbətov, 63