1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çingiz Abdullayevdən penaltiyə sərt etiraz
"Neftçi" klubu "Qarabağ"la Azərbaycan Premyer Liqasının VI tur matçının uzatma dəqiqələrində öz qapısına təyin olunmuş penaltidən narazı qalıb. Sportnet.az-ın məlumatına görə, bun barədə paytaxt klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayev açıqlama verib.
O, 90+2-ci dəqiqədə "Qarabağ"ın bərabərlik qolunu vurması ilə nəticələnən penaltiyə etiraz edəcəklərini bildirib: "Mən qapımıza təyin olunmuş o penaltini qəbul edə bilmərəm. Açıq deyirəm, futbolçulara da demişəm ki, biz bu gün qalib gəlmişik. Özünüz də gördünüz. Futboldan yazırsınızsa, gözəl anlayırsınız ki, orada penalti yox idi. Mən yüz faiz qalib gəldiyimizi hesab edirəm. Epizodun təkrarına da baxmışam. Təkcə mən yox, çox adam baxıb. Bizə zəng vurub o qərara etiraz edirlər".
Abdullayev sabiq FİFA referisi Fariz Yusifovun qərarına şikayət edəcəklərini bildirib: "Bəli, mütləq şikayət edəcəyik. "Neftçi" bu gün bura qonaq kimi gəlib sübut elədi ki, oynaya bilir. Bura gələndə bəziləri "Sizin şansınız olmayacaq. Görün, "Qarabağ" necə möhkəm komandadır. Avropa Liqasının qrup mərhələsində oynayırlar" deyirdi. Doğrudan da rəqib yaxşı komandadır. "Qarabağ"ı da, "Qəbələ"ni də həmişə bəyənmişik. Amma bu gün "Neftçi" sübut etdi ki, Ağdam komandasından ən azı pis oynamır. İstəmirəm bu sözü deyim, amma deyəcəyəm: bu gün bəlkə də "Qarabağ"dan yaxşı çıxış etmişik. Bəlkə yox, 100 faiz belədir".