1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sahib Ələkbərova böyük etimad
ABŞ-ın Riçmond şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) illik konqresi və Avropa Velosipedçilər İttifaqının (UEC) Rəhbər Komitəsinin iclası olub. Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Rəhbər Komitənin iclasında çıxış edən UEC prezidenti David Lappartien sonuncu dəfə Komitənin Avropa Oyunları zamanı Bakıda toplaşdığını xatırladıb.
O, məruzəsində "Bakı 2015" I Avropa Oyunlarının çox yüksək səviyyədə keçirildiyini diqqətə çatdıraraq, UEC İttifaqı adından Oyunları çərçivəsində keçirilmiş velosiped yarışlarının təşkilində yüksək fəallıq nümayiş etdirmiş AVİF-ə dərin təşəkkürünü bildirib.
Daha sonra UCİ-nin illik Konqresində Avropa qitəsi adından səsvermə hüququna malik nümayəndələr seçilib. 50 milli federasiyanı özündə birləşdirən UEC UCİ-nin Konqresində səsvermə hüququna malik 14 nəfərlə təmsil olunur. Bu il seçilmiş 14 nümayəndədən biri də AVİF-in vitse-prezidenti Sahib Ələkbərov olub.
Qeyd edək ki, Konqres ərəfəsində ABŞ-ın Riçmond şəhərində keçirilən şosse velosipedi üzrə dünya çempionatında Azərbaycanı yeniyetmələr və 23 yaşadək idmançılardan Musa Mikayılzadə, Kənan Qəhrəmanlı, Tərlan Məmmədov və Samir Cəbrayılov təmsil edib. Qadınlar arasında komanda ötüşmələrində isə Sloveniyanın "Lyublyana” komandasının tərkibində çıxış edən Azərbaycan velosipedçisi Yelena Pavluxina 8-ci yerə çıxıb.